27 oktyabr 2024. Bazar günü

Blindin yeni klubu rəsmən bilindi


  • Transfer
  • 09:48 06.01.2023
  • Oxunma sayı: 83
Blindin yeni klubu rəsmən bilindi
“Ayaks”dan ayrılan Deyli Blindin yeni klubu müəyyənləşib. Corner.az xəbər verir ki, 32 yaşlı müdafiəçi bundan sonra Almaniyanın “Bavariya” klubunun uğurları üçün çalışacaq.
 
Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Niderlandlı futbolçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. 
 
Xatırladaq ki,  2022-ci ilin 27 dekabrında “Ayaks”la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən Blind azad agent statusu daşıyırdı. O, “Qroningen” və “Mançester Yunayted”də də oynayıb.






Transfer