27 oktyabr 2024. Bazar günü

Mənə, əzizlərimə pislik etməyə çalışırlar


  • Transfer
  • 17:49 06.01.2023
  • Oxunma sayı: 89
Mənə, əzizlərimə pislik etməyə çalışırlar
Braziliya millisinin və Meksikanın “Pumas” klubunun müdafiəçisi Dani Alveş cinsi təcavüz iddialarına münasibət bildirib. Corner.az xəbər verir ki, 39 yaşlı futbolçu haqqında çıxan iddiaları təkzib edib:
 
“Bəli, mən o yerdə başqa insanlarla birlikdə olmuşam və bundan həzz alırdım. Məni tanıyan hər kəs bilir ki, rəqs etməyi sevən bilirəm. Başqalarının şəxsi məkanını zəbt etmədən rəqs etdim, həzz aldım. Bu qadının kim olduğunu bilmirəm. Tualetə girəndə orada kimin olduğunu soruşmağa ehtiyac yoxdur.
 
Mən heç vaxt kiminsə şəxsi məkanını zəbt etməmişəm. Bunu bir qızla və ya qadınla necə edərdim? Allah xatirinə, yox! Mənə, əzizlərimə pislik etməyə çalışırlar. İnsanlar mənim kim olduğumu bilir”.
 
ABC telekanalının verdiyi məlumata görə, bir qadın 39 yaşlı futbolçunu ittiham edərək, onun əlini alt paltarına saldığını deyib. Alveş özü isə ittihamları rədd edir. Qadın artıq tibbi müayinədən keçib.






Transfer