27 oktyabr 2024. Bazar günü

Emrelinin komanda yoldaşı rəsmən İngiltərə klubunda


  • Transfer
  • 22:54 06.01.2023
  • Oxunma sayı: 75
Emrelinin komanda yoldaşı rəsmən İngiltərə klubunda
Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının yarımmüdafiəçisi Mislav Orşiç İngiltərənin "Sauthempton" klubuna keçidi rəsmiləşib. Corner.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
 
Bu, Premyer Liqa təmsilçisinin qış fasiləsində ilk transferi olub. “Sauthempton” xorvat oyunçu üçün 6.8 milyon avrosundan keçib.
 
Xatırladaq ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Emreli də Zaqreb "Dinamo"sunun formasını geyinir. Orşiçin gedişindən sonra 25 yaşlı futbolçunun əsas heyətdə daha çox meydana çıxacağı gözlənilir. Çünki onların hər ikisi sağ cinah vingeri mövqeyində çıxış edir.






Transfer