Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni transferi Kriştiano Ronaldonu sifariş etmək üçün futbolçu Vensan Abubakarla yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumatda, 30 yaşlı hücumçunun Avropa klublarından birinə icarəyə veriləcəyi diqqətə çatdırılıb. Kamerunlu oyunçu üçün Türkiyə və İngiltərə klublarından təklif aldığı bildirilir.
Xatırladaq ki, "Əl-Nəsr"lə 2 illik müqavilə imzalayan Kriştiano Ronaldonun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olacağı bildirilib. 2021-ci ilin iyulundan bu klubda çıxış edən Abubakar isə, sözügedən komandanın heyətində meydana çıxdığı 39 oyunda 13 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Portu”, “Valensyen”, “Loryan” və “Beşiktaş”da da forma geyinib. Təcrübəli forvard Kamerun millisində də 95 oyuna 35 qola imza atıb.