1 oktyabr 2026. Cümə axşamı

Afrikalı futbolçu “Neftçi”yə qayıtmayacaq


  • Transfer
  • 12:41 04.06.2019
  • Oxunma sayı: 522
Afrikalı futbolçu “Neftçi”yə qayıtmayacaq
“Neftçi”nin qış fasiləsində Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Oruba” klubuna icarəyə verilən Kvame Karikari “ağ-qaralar”a qayıtmayacaq.

Corner.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, qanalı hücumçu karyerasını ərəb klubunda davam etdirəcək: “Çox güman ki, Karikari icarəyə verildiyi klubda qalacaq. Danışıqlar davam edir. Ancaq hələ ki, konkret məlumat yoxdur. Nəsə olsa, açıqlanacaq”.

Qeyd edək ki, ötən yay “Neftçi”yə transfer olunan Karikari qış fasiləsinə qədər 10 oyunda meydana çıxıb, 1 qol vurmuşdu.(qol)





Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir