"Bohum” heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Yunanıstanın “Olimpiakos” klubundan yarımmüdafiəçi Pyer Kundeni icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kamerun yığmasının üzvü satınalma şərti ilə icarəyə götürülüb.
Kunde 2021-ci ildən “Olimpiakos”da forma geyinirdi. 27 yaşlı futbolçu Yunanıstan təmsilçisində 39 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə Almaniyada “Maynts”ın da uğurları üçün çalışıb. Yarımmüdafiəçi Kamerun yığmasında da 34 oyuna 1 qol vurub.
“Bohum” müdafiəçisi Yannes Hornu da “Nürnberq”ə icarəyə verib. 25 yaşlı futbolçunun bu ilin 30 iyununa kimi icarədə oynayacağı açıqlanıb. Horn 2022-ci ilin yayında “Bohum”a keçsə də, bu komandada cəmi 3 matça çıxıb.