“Şalke” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Brest” klubunun müdafiəçisi Jere Uroneni icarəyə götürüb.
28 yaşlı futbolçunun bu mövsümün sonunadək Bundesliqa təmsilçisinin uğurları üçün çalışacağı diqqətə çatdırılıb. Müqavilədə satınalma ilə də bağlı şərt var.
Finlandiyalı oyunçu 2021-ci ilin iyul ayından “Brest”də idi. O, TPS, AİFK, “Helsinqborq” və “Genk”də də forma geyinib.
Yeri gəlmişkən, “Brest” qapıçısı Qotye Larsonneni isə “Sent Etyen” klubuna satıb. “Sent Etyen” bu transfer üçün 1.6 milyon avro ödəyib. Larsonne yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Brest”in öz yetirməsi olan 25 yaşlı futbolçu “Valensyen”də icarədə də olub.