27 iyul 2026. Bazar ertəsi

Kadinin transferindən ilk klubu da qazanacaq


  • Transfer
  • 11:56 09.01.2023
  • Oxunma sayı: 132
Kadinin transferindən ilk klubu da qazanacaq
“Qarabağ” Kadi Borgesin transferindən qazanılan 4,8 milyon avronun hamısına sahib olmayacaq. Corner.az xəbər verir ki, məbləğin 5 faizə yaxını onu 2019-cu ilədək (12-23 yaş dövrü) yetişdirmiş “Koritiba” klubuna ödəniləcək. Bu da təxminən 200 min avro deməkdir.
 
Rusiyanın “Krasnodar” klubuna keçən Kadi Borges yeni klubunda 2 milyon avro maaş qazanacaq.
 
O, “Qarabağ” formasıyla bu mövsüm 31 oyunda 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. Kadi Ağdam təmsilçisində ümumilikdə 74 oyunda iştirak edib. 28 qol vuran braziliyalı yarımmüdafiəçi elə 28 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.






Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər