26 oktyabr 2024. Şənbə

Neftçi ilk transferini açıqladı


  • Transfer
  • 15:00 09.01.2023
  • Oxunma sayı: 160
Neftçi ilk transferini açıqladı

Azərbaycan yığmasının futbolçusu Höccət Haqverdi “Neftçi”yə keçib. Corner.az xəbər verir ki, bu barədə paytaxt klubu televiziya kanalı vasitəsilə məlumat yayıb.

İranın “Traktor” klubundan transfer edilən 30 yaşlı müdafiəçi “Neftçi” ilə ilyarımlıq müqavilə imzalayıb. Haqverdi qış fasiləsində komandanın ilk transferidir. O, “ağ-qaralar”ın heyətində 3 nömrəli formanı geyinəcək.  

Qeyd edək ki, sonuncu klubu “Sumqayıt” (2021-2022) olan Höccət Haqverdi İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) klublarında çıxış edib, bu mövsümün ilk hissəsini icarə əsasında Təbriz “Traktor”unda keçirib.

Milli komandamızın heyətində 17 oyunda meydana çıxıb, 1 qol vurub.







Transfer