26 oktyabr 2024. Şənbə

Qarabağ'ın istədiyi hücumçu heyətdən uzaqlaşdırıldı


  • Transfer
  • 17:32 09.01.2023
  • Oxunma sayı: 387
Qarabağ'ın istədiyi hücumçu heyətdən uzaqlaşdırıldı

“Qarabağ”ın transfer gündəmində olan “Ferensvaroş”un hücumçusu Frank Boli komandasından uzaqlaşdırılıb. Corner.az xəbər verir ki, Macarıstan klubu 30 yaşlı futbolçunu İspaniyadakı təlim-məşq toplanışına aparılmayıb.

Buna səbəb Fil Dişi Sahili yığmasının üzvünün transfer danışığı aparması göstərilib. Bolinin “Qarabağ” və Türkiyə klubu “Qaziantep”lə danışığını yekunlaşdırması üçün ona vaxt verilib. Bu üzdən forvard İspaniyaya yollanan 29 nəfərlik heyətdə yer almayıb.

Qeyd edək ki, “Qarabağ”ın hücumçusu Ovusu Kvabena mövsümün sonunda məhz “Ferensvaroş”a keçəcək. Qanalı forvard macarlarla 2 illik müqavilə imzalayıb.







Transfer