26 oktyabr 2024. Şənbə

Tanınmış futbolçu karyerasını Barselona'da bərpa etdi


  • Transfer
  • 17:36 09.01.2023
  • Oxunma sayı: 170
Tanınmış futbolçu karyerasını Barselona'da bərpa etdi

Argentina millisinin və İspaniya "Barselona"sının sabiq futbolçusu Serxio Aquero karyerasını bərpa edib.

Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu Ekvadorun "Barselona" komandası ilə müqavilə imzlayıb. Məlumatı klubun rəsmi saytı yayıb.

Təcrübəli oyunçu ilə bağlanmış sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Serxio Aqueronun son klubu "Barselona" olub. O, 2021/2022 mövsümündə "Alaves"ə qarşı La Liqanın XII tur oyunundan (1:1) sonra xəstəxanaya yerləşdirilib. Matçın gedişində nəfəs darlığından əziyyət çəkən futbolçu 41-ci dəqiqədə Filippe Koutinyo ilə əvəzlənib. Həkimlərin müşayiəti ilə meydanı tərk edən futbolçu kardioloji müayinədən keçib. Hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması - red.) diaqnozu qoyulub. Hücumçu ürəyindəki problemə görə 2021-ci ilin dekabrında futbolla vidalaşıb.

Aquero karyerası ərzində ölkəsinin "İndependyente", İspaniyanın "Atletiko" (Madrid) və İngiltərənin "Mançester Siti" klublarında da çıxış edib.







Transfer