5 iyul 2026. Bazar günü

Qarabağ braziliyalı futbolçuya təklif göndərdi


  • Transfer
  • 22:02 09.01.2023
  • Oxunma sayı: 259
Qarabağ braziliyalı futbolçuya təklif göndərdi

 Belçikanın "Beveren" klubunda çıxış edən braziliyalı futbolçu Lukas Ribeyru Kosta karyerasını "Qarabağ"da davam etdirə bilər.

Corner.az "walfoot.be" saytına istinadən xəbər verir ki, "köhlən atlar" 24 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif göndərib.

"Sambaçı"nın xidmətində digər Ağdam təmsilçisi ilə yanaşı Rusiyanın 2 klubu da maraqlıdır. Lakin Azərbaycan çempionunun təklifi oyunçunu daha çox cəlb etdiyi iddia olunur.

Qeyd edək ki, Lukas Ribeyru Kosta daha əvvəl Fransanın "Valensyen", Belçikanın "Ekselsior", "Şarlerua" və "Muskron" klublarında da çıxış edib.







Transfer