26 oktyabr 2024. Şənbə

Atletiko'nun hücumçusu Çelsi'də


  • Transfer
  • 22:10 09.01.2023
  • Oxunma sayı: 113
Atletiko'nun hücumçusu Çelsi'də

 İspaniya "Atletiko"sunun futbolçusu Joao Feliks karyerasını İngiltərə "Çelsi"sində davam etdirəcək.

Corner.az-ın məlumatına görə, bu barədə "The Athletic" nəşrinin jurnalisti Devid Ornşteyn özünün tviter səhifəsində yazıb.

O, 23 yaşlı hücumçunun London təmsilçisinə icarə əsasında keçəcəyini bildirib. "Zadəganlar" portuqaliyalı futbolçuya görə 11 milyon avro təzminat ödəyəcəyi vurğulanıb.

Feliksin xidmətində İngiltərənin digər təmsilçiləri "Mançester Yunayted" və "Arsenal" da maraqlıydı. Lakin gənc oyunçu sonda seçimini "Çelsi" tərəfindən edib.

Qeyd edək ki, Joao Feliks bu mövsüm "Atletiko"da keçirdiyi 14 matçda 4 qol və 3 məhsuldar ötürmə edib. Madrid klubu futbolçunu 2019-cu ilin yayında Portuqaliya "Benfika"sından 126 milyon avroya transfer edib.







Transfer