6 aprel 2026. Bazar ertəsi

Qarabağ'la Ferensvaroş hücumçularını dəyişə bilər


  • Transfer
  • 11:42 10.01.2023
  • Oxunma sayı: 206
Qarabağ'la Ferensvaroş hücumçularını dəyişə bilər
“Qarabağ”ın hücumçusu Ovusu Kvabenanın “Ferensvaroş”a keçidi vaxtından tez reallaşması gözlənilir. Corner.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, qanalı forvard adıçəkilən komanda ilə mövsümün sonunda müqavilə bağlamağa razılaşsa da, transferin qış fasiləsində baş tutması istisna edilmir.
 
Bu, klublar arasında aparılan danışıqların gedişinə görə bəlli olacaq. Çünki “Qarabağ” da qarşı tərəfin forvardı Frank Bolinin xidmətində maraqladır. Hər iki oyunçunun klubu ilə müqaviləsi mövsümün sonuna qədərdi. Ancaq tərəflər qış fasiləsində oyunçularını dəyişdirmək variantını nəzərdən keçirir. Ortaq məxrəcə gəlinsə, Bolinin “Qarabağ”a, Kvabenanın isə “Ferensvaroş”a transferi bu ay baş tuta bilər.
 
Qeyd edək ki, Ovusu Kvabenanın “Ferensvaroş”la 2 illik sözləşməni razılaşdırıb.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi