26 oktyabr 2024. Şənbə

Dieqo Simeone Atletiko'dan ayrılır


  • Transfer
  • 13:55 10.01.2023
  • Oxunma sayı: 110
Dieqo Simeone Atletiko'dan ayrılır

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone 2022/2023 mövsümünün sonunda Madrid təmsilçisindən ayrılacaq. Corner.az İspaniya mediasına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis artıq bu barədə komandanın baş direktoru Migel Anhel Gil Marinə məlumat verib.

Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. Klub mütəxəssisin rəhbərliyi altında İspaniya çempionatının (mövsüm 2013/2014, 2020/2021), kubokun (mövsüm 2012/2013) və İspaniya Superkubokunun (2014), UEFA Avropa Liqasının (2011/2012, 2017/2018 mövsümü) və UEFA Super Kubokunun qalibi olub. “Atletiko” bu mövsüm 16 matçda 27 xal toplayıb və turnir cədvəlində 5-ci yerdədir.







Transfer