26 oktyabr 2024. Şənbə

Qarabağ'ın daha bir futbolçusu Krasnodar'a keçir


  • Transfer
  • 15:06 10.01.2023
  • Oxunma sayı: 204
Qarabağ'ın daha bir futbolçusu Krasnodar'a keçir
Bir müddət öncə Kadi Borgeslə güclənən Rusiyanın “Krasnodar” klubu “Qarabağ”ın daha bir legionerini hədəfə alıb. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "köhlən atlar"ın digər yarımmüdafiəçisi Leandro Andradeni də transfer etmək istəyir.
 
Bu barədə “Sport-Ekspress” nəşri məlumat yayıb. Tərəflər arasındakı danışıqların davam etdiyi bildirilir.
 
Xatırladaq ki, Leandro Andrade 2022-ci ilin yanvarından “Qarabağ”da çıxış edir. Kabo-Verde yığmasının üzvü Ağdam təmsilçisində 30 oyuna çıxıb, 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
 
“Krasnodar” Kadi Borgesin transferi üçün “Qarabağ”a 5 milyon avro ödəyib.






Transfer