26 oktyabr 2024. Şənbə

Keyni transfer edin! - Ferdinand Mançester Yunayted'ə təklif


  • Transfer
  • 15:13 10.01.2023
  • Oxunma sayı: 79
Keyni transfer edin! - Ferdinand Mançester Yunayted'ə təklif
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Tottenhem”in hücumçusu Harri Keynin “qırmızı şeytanlar”a keçməsini istəyir. Corner.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında “Mançester Yunayted” titul qazanmaq istəyirsə Keyni transfer etməlidi olduğunu söyləyib:
 
“Mançester Yunayted” Harri Keyni komandaya dəvət etməlidir. “Tottenhem” azarkeşləri buna görə məni bağışlasınlar. Amma sizin klub heç nə qazanmayacaq. Belədə Keyn də bu komanda ilə heç bir titul qazanmayacaq. “Mançester Yunayted”ə mövsüm ərzində 20-25 qol vurmağı bacaran futbolçu lazımdır. Hardasınız? Mübarizə aparmağa hazırsınız? Düzdür, Keynə görə böyük məbləğdə pul ödəmək lazım gələcək. Amma qarşılığında sabit bir hücumçunuz olacaq. Ona görə Harri Keyn “Mançester Yunayted”dən başqa heç bir yerə getməməlidir”.






Transfer