6 aprel 2026. Bazar ertəsi

Super Liqada ilk çinli futbolçu


  • Transfer
  • 18:09 10.01.2023
  • Oxunma sayı: 121
Super Liqada ilk çinli futbolçu
“Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, İstanbul klubu Çin yığmasının müdafiəçisi Vu Şaokunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çinin “Quançjou” klubundan transfer olunan 22 yaşlı mərkəz müdafiəçisi ilə 2.5 illik müqavilə imzalanıb.
 
Şaokun “Quançjou”nun öz yetirməsidir. O, icarə əsasında “Kioto Sanqa”da da forma geyinib, Çin millisində isə 2 matça çıxıb.
 
Vu Şaokun Türkiyə Super Liqasında forma geyinəcək ilk çinli futbolçu kimi tarixə düşəcək.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi