26 oktyabr 2024. Şənbə

Beşiktaş 6 futbolçusunu göndərir


  • Transfer
  • 19:10 10.01.2023
  • Oxunma sayı: 104
Beşiktaş 6 futbolçusunu göndərir

Türkiyə "Beşiktaş"ı 6 legioneri ilə yollarını ayırmağa hazırlaşır.

Corner.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi niderlandlı Vaut Veqhorst, mərakeşli Romen Saiss, fransalı Kevin N Kudu və Artur Masuaku, ingiltərəli Dele Alli və ispaniyalı Fransisko Montero ilə yollarını ayıracaq.

Klub rəhbərliyi qış fasiləsində sözügedən oyunçularla əməkdaşlığı dayandırmağı planlaşdırır. Hazırda 14 əcnəbi futbolçusu olan "Beşiktaş" müdafiə, yarımmüdafiə və hücum xəttinə yeni transferlər etmək niyyətindədir.







Transfer