Türkiyənin “Trabzonspor” klubu hücumçusu Jan Evrar Kuassi ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Fil Dişi Sahili yığmasın üzvünün yeni klubu da artıq məlumdur.O, Çinin “Zheijang” klubu ilə müqavilə bağlayıb.
Kuassi 2021-ci ilin yanvar ayında “Trabzonspor”a transfer olunmuşdu. Super Liqa təmsilçisində 22 oyuna cəmi 1 qol və 1 məhsuldar ötürmə ilə kifayətlənmiş futbolçu, bu mövsümün əvvəlində də “Fatih Karagümrük”ə icarəyə verilmişdi.