- Transfer
- 17:31 10.04.2026
Real Madrid növbəti transferini həyata keçirmək üzrədir.
Corner.az Marca'ya istinadən xəbər verir ki, Madrid klubu "Lion"nun futbolçusu Ferlan Mendini almağa yaxındır.Kral klubu artıq həkimini 23 yaşlı futbolçunu tibbi müayinədən keçirmək üçün Fransaya göndərib.
"Real"ın F.Mendi ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.Madrid təmsilçisinin bu transfer üçün Fransa klubuna 50 milyon avro ödəyəcəyi bildirilir.