27 iyul 2026. Bazar ertəsi

Fransalı futbolçu MLS klubu ilə müqavilə bağladı


  • Transfer
  • 10:13 11.01.2023
  • Oxunma sayı: 126
Fransalı futbolçu MLS klubu ilə müqavilə bağladı
Fransanın “Monpelye” klububun müdafiəçisi Arno Suke Liqa 1 təmsilçisindən ayrılıb. Corner.az xəbər verir ki, 30 yaşlı futbolçu ABŞ-ın “Çikaqo Fayr” klubuna keçib.
 
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yeni klubuna azad agent kimi qoşulan fransalı müdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin 31 dekabrına qədərdir.
 
Suke 2019-cu ildən “Monpelye”də çıxış edirdi. O, “Lill”, “Paris”, “Muskron”, “Dransi”, “Vandeya”, “Dijon”, “Nitsa” və “Gent” kimi klubların da formasını geyinib.
 
“Monpelye” yarımmüdafiəçisi Saşa Delayeni də “Le Puy Foot” klubuna icarəyə verib. Fransadan olan 20 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarədə oynayacağı açıqlanıb.






Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər