“Qarabağ”ın hücumçusu Kvabena Ovusu qış transfer dönəmində komandanı tərk etmək istəyir. Corner.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, qanalı forvard bu ay yeni klubuna keçməyi planlaşdırır.
26 yaşlı futbolçu bir neçə gün əvvəl “Ferensvaroş”la 2 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, o, yayda azad agent kimi Macarıstan təmsilçisinə qoşulacaq. Lakin Ovusu keçidin qış fasiləsində baş tutmasını istəyir. Oyunçu bu arzusunu “Qarabağ” rəhbərliyinə də bildirib.
Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ilin yanvarından “Qarabağ”da çıxış edir.