22 dekabr 2025. Bazar ertəsi

Arsenal'ı Azərbaycan kluna dəyişir


  • Transfer
  • 16:20 11.01.2023
  • Oxunma sayı: 127
Arsenal'ı Azərbaycan kluna dəyişir
Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış edən Kamran Əliyev karyerasını Azərbaycanda davam etdirəcək. Corner.az xəbər verir ki, “Sumqayıt”  heyətini 24 yaşlı hücumçu ilə gücləndirir.
 
Bu gün “Sumqayıt”ın düşərgəsinə qoşulan əslən azərbaycanlı rusiyalı forvardın tezliklə rəsmi müqaviləyə imza atması gözlənilir.
 
Kamran Əliyev 2022-ci ilin iyul ayından “Arsenal”da çıxış edirdi. O, daha öncə “Ximki” və “SKA Xabarovsk” klublarının da formasını geyinib. Əliyev Azərbaycanın U-21 yığmasına cəlb olunsa da, sonradan millimizdən gələn təklifləri Rusiyada legioner sayılacağı səbəbindən geri çevirib. Lakin futbolçunun “Sumqayıt”la müqavilə bağladıqdan sonra milli komandamıza da cəlb olunması gözlənilir.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq