İngiltərənin “Çelsi” klubunun hücumçusu Pyer-Emerik Obameyanq komandadan ayrılmaq istəyir. Corner.az xəbər verir ki, AS nəşri 33 yaşlı futbolçunun London klubunda xoşbəxt olmadığını və bu üzdən “Barselona”ya qayıtmaq istədiyini yazıb.
2022-ci ilin yayında Kataloniya təmsilçisindən ayrılaraq “zadəganlar”la müqavilə bağlayan Obameyanq, bu mövsüm “Çelsi”nin heyətində 15 oyuna çıxıb, 3 qol vurub. Amma qabonlu oyunçu noyabrın 6-dan etibarən paytaxt klubunun əsas heyətində yer ala bilmir. Obameyanq bu üzdən də “Barselona”ya qayıtmaq üçün variantları nəzərdən keçirdiyi bildirilir. Futbolçu hətta sabiq baş məşqçisi Xavi ilə də əlaqə saxlayıb və İspaniyaya dönmək üçün müəyyən güzəştlərə belə razı olduğunu qeyd olunub. Xavi isə ona Memfis Depayla bağlı problemin həllini tapmasını gözləməyi tövsiyə edib. Çünki Kataloniya klubu niderlandlı oyunçusunu satmaq niyyətindədir.