Türkiyənin "Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Hall Siti” klubunda forma geyinən Doğukan Siniki heyətinə qatıb.
Türkiyə millisinin üzvü Çempionşip təmsilçisindən bu mövsümün sonuna kimi icarəyə götürülüb.
Sinik 2022/23 mövsümünün əvvəlində məhz Antalya klubundan “Hall Siti”yə transfer olunmuşdu. 23 yaşlı yarımmüdafiəçi İngiltərə klubunda meydana çıxdığı 12 oyunda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Antalyaspor”da vaxtilə 123 oyuna 5 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Futbolçu Türkiyə millisində 6 oyuna 2 qol vurub.
“Antalyaspor” öz yarımmüdafiəçisi Gökdeniz Bayrakdarı isə “Bodrumspor”a icarəyə verib. 21 yaşlı vingerin bu ilin 30 iyununa kimi icarədə olacağı açıqlanıb.