- Transfer
- 21:53 26.11.2024
Türkiyənin “Hatayspor” klubuna transfer qadağası qoyulub.
Corner.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Superliqa təmsilçisi üçün qış transfer dönəminin bitdiyini açıqlayıb.
Buna hataylıların futbolçularına olan 1,5 milyon lirəlik borcu vaxtında ödəməməsi səbəb olub.
Qeyd edək ki, Volkan Dəmirəlin baş məşqçi olduğu “Hatayspor” 17 turdan sonra 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.