Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlı legioner həyatı yaşamağa yaxındı. Corner.az saytı Polşa mətbuatına istinadən xəbər verir ki, bu ölkənin “Poqon” klubu gənc futbolçunun transferinə hazırlaşır.
Bir müddətdi 21 yaşlı forvardla maraqlanan “Poqon” rəhbərliyi keçidin reallaşdırması üçün danışıqları intensivləşdirib. “Qarabağ” kimi, “Poqon” da hazırda Antalyada təlim-məşq toplanışındadı. Bildirilib ki, Qurbanlı yaxın günlərdə adıçəkilən klubla müqavilə bağlaya bilər.
Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Premyer Liqada keçirdiyi 15 oyunda 12 qol vurub.