26 oktyabr 2024. Şənbə

Qarabağ yeni transferini açıqlayır


  • Transfer
  • 15:00 13.01.2023
  • Oxunma sayı: 137
Qarabağ yeni transferini açıqlayır
“Qarabağ” fransalı hücumçu Adama Diakabinin transferini yaxın saatlarda açıqlayacaq. Corner.az saytının məlumat;na görə, 26 yaşlı forvardın keçidi ictimaiyyətə bildiriləcək.
 
Bir müddətdir Ağdam klubunun düşərgəsində olan Diakabi hətta bu gün Polşanın “Rakuv”  klubu ilə  keçiriləcək yoxlama görüşündə baş məşqçi Qurban Qurbanovun ixtiyarında olacaq. Onun Antalyadakı qarşılaşmada meydana çıxması gözlənilir.
 
Qeyd edək ki, son klubu “Amyen” olan Adama Diakabi “Qarabağ”a azad agent kimi keçəcək. Hazırkı transfer dəyəri 800 min avro göstərilən futbolçu ilə böyük ehtimalla minimum 2 illik müqavilə bağlanacaq. (matc)






Transfer