“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” bir futbolçusunu satıb. Corner.az xəbər verir ki, bu barədə Belçika klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, müdafiəçi Andreas Xançe-Olsen “Mayns”a keçib. Norveç yığmasının üzvü Almaniya klubu ilə 3,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar 16-da və 23-də keçiriləcək. İlk görüş Bakıda olacaq.