26 oktyabr 2024. Şənbə

Sabah'ın istədiyi futbolçu klubundan ayrıldı


  • Transfer
  • 16:17 13.01.2023
  • Oxunma sayı: 89
Sabah'ın istədiyi futbolçu klubundan ayrıldı
"Sabah"ın maraq dairəsində olan Xese Rodriges Türkiyənin "Ankaragücü" komandasından ayrılıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
 
İspaniya “Real Madrid”i və Fransa PSJ-sinin keçmiş oyunçusu komanda yoldaşları ilə vidalaşdığı bildirilib.
 
“Real”ın yetirməsi olan ispaniyalı oyunçu  ölkəsində “Las Palmas” və “Betis”, İngiltərədə “Stok Siti” və Portuqaliyada “Sportinq” kimi komandaların formasını geyinib. O, 2022-ci ildən oynadığı “Ankaragücü”ndə bu mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 16 matçda meydana çıxıb, 5 qol vurub.
 
“Ankaragücü” digər oyunçularından Şahverdi Çətin, Nurullah Aslan, Alperen Babacan, Abdullah Durak, Oğuz Ceylan, Sinan Osmanoğlu ilə də yollarını ayırıb. Onlarla da müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.






Transfer