26 oktyabr 2024. Şənbə

Roma onu yenə icarəyə verdi


  • Transfer
  • 17:18 13.01.2023
  • Oxunma sayı: 79
Roma onu yenə icarəyə verdi
İspaniya millisinin yarımmüdafiəçisi Qonsalo Vilyar icarə əsasında formasını geyindiyi İtaliyanın “Sampdoriya” klubundan ayrılıb. Corner.az xəbər verir ki, ispaniyalı futbolçu müqavilə ilə məxsus olduğu “Roma”ya qayıdıb.
 
Lakin paytaxt təmsilçisi onu yenidən icarəyə göndərib. 24 yaşlı futbolçu bundan sonra “Xetafe”nin uğurları üçün çalışacaq. Vilyarın bu mövsümün sonunadək satınalma şərti daxil olmaqla icarəyə götürüldüyü diqqətə çatdırılıb.
 
Vilyar 2020-ci ilin yanvarında “Elçe”dən “Roma”ya transfer olunub. O, bu komandanın heyətində 64 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. Joze Mourinyonun gəlişindən sonra “canavarlar”ın heyətində şans qazana bilməyən futbolçu ötən mövsümdə də “Xetafe”də icarədə oynamışdı. O, La Liqa təmsilçisində 10 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi bu mövsüm “Sampdoriya”da da 16 oyun keçirib.






Transfer