6 aprel 2026. Bazar ertəsi

Afrikalı futbolçu Neftçi ilə vidalaşdı


  • Transfer
  • 23:05 13.01.2023
  • Oxunma sayı: 119
Afrikalı futbolçu Neftçi ilə vidalaşdı
Qış fasiləsində "Neftçi" ilə yollarını ayıran futbolçu Mamadu Mbodj paytaxt klubu ilə vidalaşıb. Corner.az xəbər veri rki, 30 yaşlı müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
 
Seneqallı oyunçu paylaşımında bu sözləri qeyd edib: “Yalnız ən böyük xatirələr... Və hər biri unikaldır! Hər şey üçün "Neftçi"yə ürəkdən təşəkkür edirəm”.
 
Xatırladaq ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mamadu Mbodj 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2021/22 mövsümündə Azərbaycan çempionu olub.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi