26 oktyabr 2024. Şənbə

Bu, fantastikadır - Mançester Yunayted'in yeni hücumçusu


  • Transfer
  • 12:10 14.01.2023
  • Oxunma sayı: 107
Bu, fantastikadır - Mançester Yunayted'in yeni hücumçusu
Niderlandlı hücumçu Vaut Veqhorst Premyer Liqa nəhəngi  “Mançester Yunayted”ə keçidini şərh edib. Corner.az xəbər verir ki, 30 yaşlı futbolçu  “qırmızı şeytanlar”ın çalışdırıcısı Erik ten Haq və yeni komanda yoldaşları haqda bunları söyləyib:
 
“Bu kluba keçdiyim üçün şərəf duyuram. Əvvəllər “Mançester Yunayted”ə qarşı oynamışam. İndi isə mən də qırmızı rəngli formanı geyinmək şansına sahibəm. Bu, fantastikadır! Ten Haqın rəhbərliyi altında “Mançester Yunayted” bu mövsüm yaxşı irəliləyir.

Komandanın uğurlarında pay sahibi olmaq üçün səbirsizlənirəm. Burada olduğum müddətdə klub üçün hər şeyi edəcəyəm. Mənim bu mərhələyə qədər gəlib çatmağımda rolu olan hər kəsə təşəkkür edirəm. Yeni komanda yoldaşlarımla görüşəcəyim günü səbirsizliklə gözləyirəm”.

Veqhorst  bu mövsüm “Beşiktaş”ın heyətində Türkiyə Super Liqasında 16 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.






Transfer