6 aprel 2026. Bazar ertəsi

Lemina yenidən Premyer Liqaya qayıtdı


  • Transfer
  • 15:05 14.01.2023
  • Oxunma sayı: 103
Lemina yenidən Premyer Liqaya qayıtdı
Fransanın “Nitsa” klubu yarımmüdafiəçisi Mario Lemina ilə yollarını ayrıb. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu, İngiltərənin “Vulverhempton” klubuna keçib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Qabonlu futbolçu Premyer Liqa təmsilçisi ilə 2.5 illik müqaviləyə imza atıb. O, yeni komandasında 5 nömrəli formanı geyinəcək.
 
Mario Lemina 2021-ci ilin iyul ayından “Nitsa”nın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 58 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Peşəkar karyerasına Fransanın “Loryan” klubunda başlamış Lemina, “Olimpik” (Marsel), “Yuventus”, “Sauthempton”, “Qalatasaray” və “Fulhem”də də forma geyinib. Yarımmüdafiəçi Qabon milli komandasında meydana çıxdığı 24 oyunda 3 qola imza atıb.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi