26 oktyabr 2024. Şənbə

Everton və Nant'ın futbolçuları Sent Etyen'də


  • Transfer
  • 15:59 14.01.2023
  • Oxunma sayı: 77
Everton və Nant'ın futbolçuları Sent Etyen'də
"Nant” yarımmüdafiəçisisi Abdul Kader Bambanı “Sent Etyen”ə icarəyə verib. Corner.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
28 yaşlı vinger bu mövsümün sonunadək 2-ci liqa təmsilçisinin uğurları üçün çalışacaq. Fransız futbolçu 2018-ci ilin yayından “Nant”da çıxış edir. Sol cinah vingeri bu komandada 69 oyuna çıxıb, 6 qol vurub. O, “Amyen” və “Le Man”da da çıxış edib.
 
“Sent Etyen” İngiltərənin “Everton” klubunun futbolçusu Nils Nkunkunu da icarəyə götürüb. 22 yaşlı sol cinah müdafiəçisi də bu mövsümün sonunadək icarədə oynayacaq.
 
Nkunku Marsel “Olimpik”inin yetirməsidir. O, 2020-ci ilin iyulunda “Everton”a transfer olunub. Fransız futbolçu “Standard” (Lyej) və “Kardiff Siti”də də oynayıb.






Transfer