1 aprel 2026. Çərşənbə

Fənərbaxça'da yeni hücumçu


  • Transfer
  • 16:09 14.01.2023
  • Oxunma sayı: 111
Fənərbaxça'da yeni hücumçu

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az yeri mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Antalyaspor"un hücumçusu Haci Raytı transfer edib.

“Sarı-göylər” 24 yaşlı futbolçu üçün 7,5 milyon avro təzminat ödəyəcək, həmçinin forvardı Serdar Dursunu Antalya təmsilçisinə verəcək. Hər iki futbolçu yeni komandalarına cari mövsümün sonunda qoşulacaqlar.

Qeyd edək ki, amerikalı oyunçu bu mövsüm "Antalyaspor"da 17 matça çıxıb, 11 qol vurub və 1 məhsuldar ötürmə verib.







Transfer