- Transfer
- 18:00 21.12.2025
FIFA Türkiyə "Qalatasaray"ına müvəqqəti transfer qadağası qoyub.
Corner.az "Fanatik"ə istinadən xəbər verir ki, buna İstanbul klubunun Lukas Torreyranın transferi zamanı 26 yaşlı yarımmüdafiəçinin agentinə ödəniş etməməsi səbəb olub.
Bundan sonra ali futbol qurumuna müraciət edən menecer istəyinə nail olub. "Cim-Bom" 18 500 dollarlıq ödənişi etdikdən sonra qadağa aradan qalxacaq.
Qeyd edək ki, uruqvaylı oyunçu cari mövsümün əvvəlindən "Qalatasaray"da çıxış edir.