İngiltərənin “Çelsi” klubu növbəti transferini rəsmiləşdirib. Corner.az xəbər verir ki, London təmsilçisi Ukrayna yığmasının və Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Mixaylo Mudriki heyətinə qatıb.
22 yaşlı vingerlə 2031-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. “Zadəganlar” bu transfer üçün Ukrayna klubuna 70 milyon avro ödəyib.
Mudrik Donetsk “Şaxtyor”unun öz yetirməsidir. O, vaxtilə Kiyev “Arsenal”ında və “Desna”da icarədə də çıxış edib. Mudrik, 2022-ci ilin iyun ayından Ukraynanın əsas millisində də forma geyinir.