Türkiyənin “Girəsunspor” klubu bu mövsümün əvvəlində “Qalatasaray”dan icarəyə götürdüyü Oğulcan Çağlayanla yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Oğulcanın artıq yeni iş yeri də məlumdur. O, TFF 1-ci liqa təmsilçisi “Pendikspor”a keçib. Aşağı liqa klubu onu “Qalatasaray”dan bu mövsümün sonuna kimi icarəyə götürüb.
2020-ci ilin avqustundan “Qalatasaray”da olan Oğulcan, İstanbul təmsilçisində 29 oyuna 4 qol vurub. O, karyerası ərzində “Qaziantepspor”, “Kayseri Ərciyəsspor”, “Kayserispor”, “Rizəspor”, “Qaziantep” və “Eyüpspor”da da forma geyinib.