“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin meneceri Uqo Kayudo müştərisinin “Krasnodar”ın maraq dairəsində olmasına münasibət bildirib. Corner.az xəbər verir ki, agent Rusiya mətbuatına açıqlamasında bu variantın real olmadığını deyib.
Kayudo əlavə edib ki, Leandro üçün “Krasnodar”dan təklif almayıblar: “Rusiyadan bizimlə heç kim əlaqə saxlamayıb. Ola bilsin ki, klub maraqlanır, amma mənim bu barədə heç bir məlumatım yoxdur”.
Qeyd edək ki, Leandro Andradenin “Qarabağ”la müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. “Krasnodar” Ağdam klubundan bu qış Kadi Borgesi transfer edib.