22 dekabr 2025. Bazar ertəsi

Beşiktaş'dan Almaniya klubuna


  • Transfer
  • 15:12 16.01.2023
  • Oxunma sayı: 102
Beşiktaş'dan Almaniya klubuna
“Beşiktaş” müdafiəçisi Fransisko Monteronu “Hamburq”a icarəyə verib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı futbolçunun bu mövsümün sonunadək icarədə oynayacağını diqqətə çatdırıb.
 
Almaniya klubu ispaniyalı oyunçunu satınalma şərti ilə icarəyə götürüb. Mövsümün sonunda “Hamburq” Türkiyə klubuna 2.5 milyon avro ödəməklə, onun transfer hüquqlarını da ala bilər.
 
Montero 2021-ci ildən “Beşiktaş”da çıxış edirdi. Müdafiəçi İstanbul təmsilçisində 46 oyuna çıxıb, 2 qol vurub. O, daha öncə “Deportivo” və Madrid “Atletiko”sunda da oynayıb.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq