26 oktyabr 2024. Şənbə

Premyer Liqa klubundan 28 milyonluq transfer


  • Transfer
  • 15:16 16.01.2023
  • Oxunma sayı: 81
Premyer Liqa klubundan 28 milyonluq transfer
 İngiltərənin “Lids” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Hoffenhaym” klubu hücumçusu Jorjinyo Rutteri heyətinə qatıb.
 
Fransalı forvard yeni klubu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıb. “Lids”  20 yaşlı oyunçu transfer üçün Almaniya klubuna 28 milyon avro ödəyib.
 
Rutter Fransanın “Renn” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında cəmi 750 min avro qarşılığında “Hoffenhaym”a keçmişdi. Gənc hücumçu Bundesliqa təmsilçisində keçirdiyi 64 oyunda 11 qol vurub.






Transfer