İtaliyanın "Salernitana" klubu baş məşqçi Davide Nikolanı istefaya göndərib. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstefaya "Salernitana"nın İtaliya A Seriyasının 18-ci turunda "Atalanta"ya 2:8 hesablı məğlubiyyəti səbəb olub.
A Seriyasında 18 oyuna 18 xal toplamış "Salernitana" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Komanda oktyabrdan bu yana qələbə qazanmayıb. O vaxtdan 6 oyuna çıxan komanda dörd görüşdə məğlub olub, ikisində isə heç-heçə edib.
Nikola 2022-ci ilin fevralından “Salernitana”ya rəhbərlik edirdi.