26 oktyabr 2024. Şənbə

Bayer'də bir yeni futbolçu, bir ayrılıq


  • Transfer
  • 20:34 16.01.2023
  • Oxunma sayı: 60
Bayer'də bir yeni futbolçu, bir ayrılıq
“Bayer” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Belçikanın “Brügge” klubundan müdafiəçi Noa Mbambanı transfer edib.
 
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. “Bayer” belçikalı oyunçu üçün qarşı tərəfə 100 min avro ödəyib.
 
Mbamba “Brügge”nin yetirməsidir. O, bu klubun əsas komandasında 25 oyun keçirib, Belçikanın U-19 yığmasının formasını geyinir.
 
“Bayer” hücumçusu Paulinyonu da Braziliyanın “Atletiko Mineyro” klubuna icarəyə verib. 22 yaşlı forvardın 2023-cü ilin 30 iyununa qədər icarədə oynayacağı diqqətə çatdırılıb.
 
Braziliyalı futbolçu 2018-ci ildən Almaniya klubunda forma geyinir. O, bu komandanın heyətində meydana çıxdığı 79 oyunda 9 qol vurub.






Transfer