- Transfer
- 21:53 26.11.2024
Ukrayna millisinin sabiq futbolçusu Yaroslav Rakitski Donetsk "Şaxtyor"una qayıdıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi keçmiş komandası ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
Son olaraq Türkiyə "Adana Demirspor"unda çıxış edən təcrübəli oyunçu doğma klubuna azad agent kimi keçib.
Qeyd edək ki, Yaroslav Rakitski "Şaxtyor"un yetirməsidir. O, 2019-cu ilin noyabrında yığmadakı karyerasını başa vurub.