26 oktyabr 2024. Şənbə

Məhəmməd Salah PSJ ilə danışıqlar aparır - FOTO


  • Transfer
  • 09:43 17.01.2023
  • Oxunma sayı: 116
Məhəmməd Salah PSJ ilə danışıqlar aparır - FOTO

İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah Fransanın PSJ komandası ilə danışıqlar apaparır.

Corner.az Misir mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu mersisaydlıların səfərdə "Brayton"a 0:3 hesabı ilə uduzduğu Premyer Liqanın XX tur oyunundan sonra Paris təmsilçisinin sahibi Nasser Əl-Xəlaifi ilə görüşüb. Şam yeməyində bir araya gələn futbolçu və funksionerin mümkün transferi müzakirə etdikləri vurğulanıb.

PSJ-nin bir müddətdir misir futbolçunu transfer etmək istədiyi və danışıqların müsbət istiqamətdə getdiyi iddia olunub.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"un şərəfini qoruyan Məhəmməd Salah bu mövsüm meydana çıxdığı 27 oyunda 17 qol və 6 məhsuldar ötürmə edib.







Transfer