5 iyul 2026. Bazar günü

Qarabağ'ın rəqibi futbolçusunu Fransa klubuna satdı


  • Transfer
  • 11:36 17.01.2023
  • Oxunma sayı: 140
Qarabağ'ın rəqibi futbolçusunu Fransa klubuna satdı

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika “Gent”i bir futbolçusu ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Elişa Ovusu Fransa təmsilçisi “Oser”ə satılıb.

25 yaşlı futbolçunun belçikalılarla müqaviləsi mövsümün sonuna qədər idi. 

Bildirək ki, “Lion”un yetirməsi olan Qana millisinin üzvü 2019-cu ilin yayından “Gent”də çıxış edir.

Qeyd edək ki, “Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.







Transfer