26 oktyabr 2024. Şənbə

İtaliya klubunda yeni baş məşqçi


  • Transfer
  • 11:54 17.01.2023
  • Oxunma sayı: 80
İtaliya klubunda yeni baş məşqçi
İtaliyanın "Kremoneze" komandasının yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisinin "sükan"ı Davide Ballardiniyə tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son klubu "Cenoa" olan 59 yaşlı mütəxəssislə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
 
Ballardini "Kremoneze"də bir neçə gün əvvəl istefaya göndərilən Massimiliano Alvinini əvəz edib.
 
Sözügedən komanda A Seriyasında 18 turdan qələbəyə həsrətdir. Cəmi 7 heç-heçəsi olan bu komanda 7 xalla sonuncu pillədə qərarlaşıb.






Transfer