26 oktyabr 2024. Şənbə

Emrelinin komandası 5 futbolçu ilə vidalaşır


  • Transfer
  • 14:17 17.01.2023
  • Oxunma sayı: 75
Emrelinin komandası 5 futbolçu ilə vidalaşır
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su bir neçə oyunçusunu sata bilər. Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Xorvatiya klubu konkret olaraq 5 oyunçusu ilə yollarını ayırmağa hazırlaşır.
 
Bunlar qapıçı Dominik Livakoviç, müdafiəçi Boşko Şutalo, yarımmüdafiəçilər Ariyan Ademi, Luka İvanuşets və hücumçu Bruno Petkoviçdi. Adıçəkilən futbolçular üçün zaqreblilər Avropanın iddialı klublarından sərfəli təkliflər alıb. Onların gedişindən sonra məşqçilər korpusu akademiyadakı gənclərə üstünlük verəcək.
 
Qeyd edək ki, “Dinamo”nun baş məşqçisi Ante Çaçiç mövsümün ikinci dövrəsindən Mahir Emrelini əsas heyətdə oynatmaq fikrində olduğunu bildirib.






Transfer